31 may

Fransada solçular hökumətə qarşı qalxdı

Fransada solçu partiyaların deputatları Baş nazir Fransua Bayrunun rəhbərlik etdiyi hökumətə qarşı Milli Assambleyada (parlamentin aşağı palatası) etimadsızlıq səsverməsi keçirilməsi üçün rəsmi sorğu təqdim ediblər.

Təhlil.az xəbər verir ki,  bu təşəbbüs kənd təsərrüfatı sektorunda tənzimləmələrin yumşaldılmasını nəzərdə tutan qanun layihəsinin müzakirələr başa çatdıqdan sonra rədd edilməsindən sonra irəli sürülüb.

Etimadsızlıq təklifi ilə çıxış edən əsas partiyalardan biri “Tabe olmayan Fransa” (La France insoumise) olub. Partiyanın yaydığı rəsmi bəyanatda deyilir: “Tabe olmayan Fransa” fraksiyası və “Yeni Xalq Cəbhəsi” ekoloqlarla birlikdə etimadsızlıq səsverməsi təşəbbüsünü irəli sürür”.

Məsələnin Milli Assambleyada 4 iyun tarixində saat 14:00-da (Bakı vaxtı ilə 16:00) müzakirəyə çıxarılması gözlənilir.

Solçu deputatlar qanun layihəsinin müzakirələrin vaxtı bitdikdən sonra rədd edilməsini “parlamentin 49.3-cü maddəsi” adlandırıblar. Bu, Fransa Konstitusiyasının hökumətə qanunları parlamentdə səsverməsiz qəbul etmək imkanı verən müddəasına istinaddır.

Təklifdə bildirilir ki, hökumətin və bəzi sağ partiyaların – o cümlədən Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik”in nümayəndələri bu prosesi bilərəkdən debatdan yayınmaq üçün istifadə ediblər. Onlar qanun layihəsinə qarşı çıxıblar, çünki “Ekoloqlar” tərəfindən təqdim edilən 1500, “Tabe olmayan Fransa” tərəfindən isə 800-dən çox düzəliş müzakirə vaxtını aşaraq sənədin parlamentlərarası komissiyaya qaytarılmasına səbəb olub.

SORĞU

Məktəb direktorlarının fəaliyyəti

Respondentlərin cavabları əsasında təhlil apararaq mövcud vəziyyəti vətəndaşlara çatdırır.

OSZAR »